Milli komandanın oyunları ilə əlaqədar yaranmış fasilədən istifadə edən “Səbail” PFK yoxlama matçı keçirib. Binə qəsəbə stadionunda baş tutan qarşılaşmada komandamız “Şimal” üzərində 5:2 hesablı qələbə qazanıb.
“Səbail”in heyətində Yan Said dubl edib, digər qollara isə Eltun Turabov, Peter Agblevor və Kənan Quliyev imza atıb.