"Səbail" Peşəkar Futbol Klubu

“Səbail” Peşəkar Futbol Klubu 15.08.2016-cı ildə yaradılıb və dövlət qeydiyyatından keçməklə lisenziya alıb. Komandamız ilk olaraq, 2016/2017 mövsümündə Birinci Divizionda mübarizə aparıb. “Səbail” PFK tarixində ilk rəsmi oyuna 2016-cı il sentyabrın 8-də çıxıb. Heydər Əliyev adına İmişli şəhər stadionunda “Mil-Muğan”la qarşılaşan komandamız çıxdığı ilk oyunda 3:0 hesabı ilə qələbə qazanıb. “Səbail”in tarixində rəsmi oyunlarda ilk qolun müəllifi isə elə həmin qarşılaşmanın 54-cü dəqiqəsində fərqlənən Bəxtiyar Məsiməliyev olub. Ümumilikdə, Birinci Divizionda klubumuz keçirdiyi 26 oyunda 57 xal toplayaraq turnir cədvəlində ikinci pilləni tutub və Premyer Liqada çıxış etmək hüququ əldə edib. “Səbail” PFK tarixində ən böyükhesablı qələbəsini Birinci Divizionun XIII turu çərçivəsində 2016-cı il noyabrın 24-də “Bakılı” komandasına qarşı keçirdiyi oyunda qazanıb – 11:3.

Azərbaycan Premyer Liqasına vəsiqə də məhz “Bakılı” ilə keçirilmiş növbəti oyunda rəsmiləşib. 2017-ci il aprelin 27-də keçirilmiş sonuncu – XXVI turun qarşılaşmasında daha bir böyükhesablı (7:1) qələbə qazanan komandamız 2017/2018-ci il mövsümündə elitada mübarizə aparacağını rəsmiləşdirib.

Azərbaycan çempionatının elitasında “Səbail”in debütü 2017-ci il avqustun 13-ə təsadüf edib. Rəqib meydanında “Zirə” klubu ilə qarşılaşan komandamız 1:2 hesabı ilə məğlub olsa da, mövsümün sonunda 28 oyundan 23 xal toplayaraq turnir cədvəlində 7-ci yeri tutub və müvafiq olaraq 2018/2019-cu il mövsümündə Premyer Liqada mübarizə aparmaq hüququnu qoruyub saxlayıb.

“Səbail”in Premyer Liqada birinci qolunun müəllifi “Zirə” ilə oyunun 43-cü dəqiqəsində fərqlənmiş Vüqar Nadirov olub. Komandamızın elitada ilk qələbəsi isə növbəti tura, Premyer Liqanın II turuna təsadüf edib. Avqustun 19-da “Dalğa Arena”da “Neftçi” ilə qarşılaşan “Səbail” Elman Taqayevin 90-cı dəqiqədə vurduğu qol sayəsində 1:0 hesabı ilə qələbə qazanıb.

"Səbail" PFK-da baş məşqçi kimi çalışmış mütəxəssislər:

Elman Sultanov

Samir Əliyev

Aftandil Hacıyev

Mahmud Qurbanov

"Səbail" PFK-nın nailiyyətləri

2017/2018 mövsümündən etibarən Premyer Liqada mübarizə aparan “Səbail” PFK yeni yaradılmış klub olmasına baxmayaraq, ölkə futbolunda bəzi uğurları ilə diqqət mərkəzinə düşüb. Klubumuz 2018/2019-cu illər mövsümündə tarixi uğura imza atıb. “Səbail” PFK həmin mövsüm Premyer Liqanı 3-cü pillədə bitirməklə bürünc medallara sahib çıxıb və tarixində ilk dəfə avrokuboklarda iştirak etmək hüququ qazanıb. Həmin mövsüm klubumuz 28 oyunda 12 qələbə, 5 heç-heçəyə imza ataraq 11 oyunda məğlub olub və 41 xal toplayıb. 12 qələbənin 5-i doğma meydanda, 7-i isə səfər oyununda qazanılıb.

3-cü pilləni tutmaqla Avropa Liqasına vəsiqə qazanan “Səbail” PFK-nın turnirdəki rəqibi Rumıniyanın “Universitatea Craiova” klubu olub. Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyunu 11.07.2019 tarixində Bakıda “ASCO Arena”da keçirilib. Qarşılaşma rəqibin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. Bu oyunda Ağabala Ramazanov 33 və 82-ci dəqiqədə vurduğu qollarla dubla imza atıb. Bir həftə sonra Rumıniyada keçirilmiş qarşılaşma da eyni hesabla rəqibin üstünlüyü ilə başa çatıb. Səfər oyununda Ağabala Ramazanov (67) və Dilan Duventru (69) fərqlənib.

Tariximiz