"Səbail" PFK 2026/2027-ci il mövsümünün 2-ci hazırlıq mərhələsi üçün Türkiyənin Bolu bölgəsinə yola düşüb. Komandamız 10-25 avqust tarixlərində qonşu ölkədə təlim-məşq toplanışında olacaq. Bolunun "Termal Hotel"ində məskunlaşacaq komandamız Türkiyədə 3 yoxlama oyununda qüvvəsini sınayacaq. Sparrinq rəqiblər barəsində sosial media hesablarımızda məlumat paylaşılacaq.