"Səbail” PFK-nın iki futbolçusu Azərbaycan milli komandasına dəvət sentyabrın 4-dən 12-dək Bakı şəhərində təlim-məşq toplanışında olacaq Azərbaycan milli komandasının heyəti açıqlanıb. “Səbail” PFK-nın 2 futbolçusu - Səlahət Ağayev və Yusif Nəbiyev yuxarıda qeyd olunan toplanışda iştirak etmək üçün milli komandaya dəvət alıb. Qeyd edək ki, millimiz AVRO-2024-ün seçmə mərhələsi çərçivəsində sentyabrın 9-da Belçika ilə qarşılaşacaq. Yığmamız sentyabrın 12-də isə İordaniya millisi ilə yoldaşlıq oyunu keçirəcək.
Bundan başqa Samir Abdullayev və Zeynəddin Abdurahmanov U-21 millisinə, Adəm Topalov və Zaman Zamanlı isə 19 yaşlı futbolçulardan ibarət Azərbaycan milli komandasına çağırılıblar. Qeyd edək ki, yarımmüdafiəçilər - Adəm Topalov və Zaman Zamanlı "Səbail-2" komandasında çıxış edirlər.