Avqustun 22-dən 24-dək Bakı şəhərində təlim-məşq toplanışında olacaq 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyəti açıqlanıb.
“Səbail” PFK-nın 4 futbolçusu - Nicat Məmmədzadə, İftixar İbrahimov, Zaman Zamanlı və Adəm Topalov yuxarıda qeyd olunan toplanışda iştirak etmək üçün milli komandaya dəvət alıb. Qeyd edək ki, qapıçı Nicat Məmmədzadə “Səbail” PFK-nın əsas, yarımmüdafiəçilər Zaman Zamanlı, Adəm Topalov və hücumçu İftixar İbrahimov isə “Səbail-2” komandasında çıxış edir.