I Liqada 21-ci turun oyunları keçirilib. “Səbail” PFK Binə qəsəbə stadionunda lider "Şəfa" ilə qarşılaşıb. Komandamız görüşdən 1:2 hesablı məğlubiyyətlə ayrılıb. Oyunda yeganə qolumuzun müəllifi Kamran Quliyev olub. "Səbail" PFK növbəti turda doğma meydanda "Şimal"la qarşılaşacaq. Oyun 16 aprel saat 17:00-da start götürəcək.
I Liqa, 21-ci tur
"Şəfa" - “Səbail” 2:1
Qol: Kamran Quliyev, 61 (pen).