I Liqada 20-ci turun oyunları keçirilib. “Səbail” PFK “Bayıl Arena”da "Baku Sportinq"lə qarşılaşıb. Adil Şükürovun rəhbərlik etdiyi komanda əzmkarlıq nümayiş etdirərək 1:0 hesablı qələbə qazanıb. Komandamızın yeganə qolunun müəllifi Səbayıl Bağırov olub. Oyunun 63-cü dəqiqəsində qapıçımız Rəşad Əzizli rəqibin penalti zərbəsindən yararlanmasının qarşısını alıb.
"Səbail" növbəti turda "Şəfa" ilə qarşılaşacaq. Həmin oyun aprelin 9-u saat 15:00-da Binə qəsəbə stadionunda start götürəcək.
I Liqa, 20-ci tur
“Səbail” - "Baku Sportinq" 1:0
Qollar: Səbayıl Bağırov, 68.