Azərbaycan I Liqasında 11-ci turun oyunları keçirilib. “Səbail” PFK Şamaxı OİK stadionunda “Şahdağ Qusar” ilə üz-üzə gəlib. Qarşılaşma 2:2 hesablı heç-heçə ilə başa çatıb. Qeyd edək ki, "Səbail" qış fasiləsi ərəfəsində son oyununu dekabrın 24-də doğma arenada "Şimal"a qarşı keçirəcək. Həmin oyun saat 14:00-da start götürəcək. Bu oyunun ardından komanda istirahətə yollanacaq, ikinci dövrənin hazırlığına isə komandamız yanvarın 6-da start verəcək.
I Liqa, 11-ci tur
“Şahdağ Qusar” - “Səbail” 2:2
Qollar: Səbayıl Bağırov, 26; Bahadur Həziyev 69.