• Media
    • Xəbərlər
    • Fotoreportaj
  • Klub
    • Müşahidə Şurası
    • Rəhbərlik
    • Sponsorlar
    • Tariximiz
    • ASCO Arena
    • Hesabatlar
  • Əsas komanda
    • Məşqçi / İnzibati heyət
    • Oyunçular
    • Cədvəl
    • Təqvim
  • Media
    • Xəbərlər
    • Fotoreportaj
  • Klub
    • Müşahidə Şurası
    • Rəhbərlik
    • Sponsorlar
    • Tariximiz
    • ASCO Arena
    • Hesabatlar
  • Əsas Komanda
    • Məşqçi / İnzibati heyət
    • Oyunçular
    • Cədvəl
    • Təqvim

    “Səbail” və “Nobel İlaç” arasında müqavilə imzalanıb

     

    “Səbail” Peşəkar Futbol Klubu ilə ölkəmizdə fəaliyyət göstərən Türkiyənin tanınan əczaçılıq şirkəti “Nobel İlaç” arasında əməkdaşlıq müqaviləsi imzalanıb. “Səbail” PFK-nın icraçı direktoru Firuz Abdulla ilə şirkətin baş direktoru Emrah Mansuroğlu arasında görüş keçirilib. Razılaşmaya əsasən, “Nobel İlaç” cari mövsüm ərzində klubun dərman ehtiyaclarını qarşılayacaq. Bunun qarşılığında isə “Səbail” PFK-nın ev oyunları zamanı “ASCO Arena”da yerləşən reklam lövhələrində şirkətin “Tylolhot” markasının əks olunduğu bannerlər yerləşdiriləcək. Həmçinin media zonada, kluba məxsus sosial media səhifələrində “Nobel İlaç”a məxsus məhsulların əmtəə nişanlarının yer alacağı paylaşımlar ediləcək və digər xidmətlər göstəriləcək. Görüşün yekununda isə “Səbail” PFK tərəfindən “Nobel İlaç”a xatirə hədiyyəsi təqdim olunub.

    Qeyd edək ki, beynəlxalq səviyyədə fəaliyyət göstərən və geniş coğrafiyanı əhatə edən “Nobel İlaç” 1964-cü ildə yaradılıb. Şirkət əczaçılıq sənayesində 50 ölkəyə ixracatla Türkiyədə yeganə yerli dərman istehsalçısıdır. Beynəlxalq standartlara uyğun istehsal olunan təsirli və yüksək keyfiyyətli məhsulları ilə həyat keyfiyyətini artırmağı hədəfləyən şirkət 20-dən çox ölkədə öz nümayəndəliyi ilə fəaliyyətini davam etdirir. Peşəkar şəkildə təchiz edilmiş, 2500 nəfər işçisi olan böyük bir ailə olaraq Türkiyədə və xaricdə qlobal xidmət göstərir.

    04 Noyabr 2025

“Səbail” və “Nobel İlaç” arasında müqavilə imzalanıb

04 Noyabr 2025

“Səbail” ölkə kubokunda “Şamaxı” ilə qarşılaşıb

29 Oktyabr 2025

"Səbail" "Şəfa" ilə heç-heçə edib

23 Oktyabr 2025

  • +994 12 58101 93

  • [email protected]

  • ASCO Arena / Y. Bədəlov küçəsi, 36

  • +994 12 58101 93
  • [email protected]
  • ASCO Arena / Y. Bədəlov küçəsi, 36