Azərbaycan I Liqasında 3-cü turun oyunları keçirilib. “Səbail” PFK doğma meydanda “Şahdağ Qusar” üzərində 2:0 hesabı ilə qələbə qazanıb. Bu matçda qollarımızın müəllifləri Yusif Nəbiyev və Emil Rüstəmov olub. Qeyd edək ki, komandamız növbəti oyununu “Şimal” səfərində keçirəcək. Oktyabrın 2-də Şamaxı Olimpiya Kompleksində baş tutacaq qarşılaşmaya saat 15:00-da start veriləcək.
"Səbail"in baş məşqçisi Elvin Məmmədovun fikirlərini təqdim edirik: "Oyun çox yaxşı keçdi. I Liqa üçün çox gözəl qarşılaşma oldu. Təki, bütün matçlar belə olsun. I Liqada komandaların hamısı inkişaf edir. Meydanda çox yaxşı temp var idi. Sərgilənən oyuna görə hər iki komandanı təbrik edirəm. Çempionata yaxşı start vermişik. “Şahdağ Qusar”la matçda da qələbəmizi qazandıq. Uşaqlar çox əziyyət çəkdilər. Yolumuza davam edirik".
I Liqa, 3-cü tur
“Səbail” - “Şahdağ Qusar” 2:0
Qollar: Yusif Nəbiyev, 15; Emil Rüstəmov, 45+1.