2025/2026-cı il mövsümü üçün transfer çalışmalarını davam etdirən “Səbail” PFK növbəti əcnəbi futbolçunu heyətinə qatıb. Son olaraq Portuqaliyanın “Vilaverdense” klubunda çıxış etmiş Momo Sacko ilə 1 illik müqavilə imzalanıb. Qeyd edək ki, 23 yaşlı malili yarımmüdafiəçi 5 nömrəli forma altında çıxış edəcək.