2025/2026-cı il mövsümü üçün hazırlığını davam etdirən “Səbail” PFK növbəti futbolçunu heyətinə qatıb. Son olaraq “Sumqayıt”da çıxış etmiş hücumçu Kamran Quliyevlə 1+1 illik müqavilə imzalanıb. 25 yaşlı futbolçu komandamızda 30 nömrəli formada çıxış edəcək.