“Səbail” PFK Cabir Əmirli ilə müqaviləni yeniləyib.
Müdafiəçi növbəti mövsümdə də “dənizçilər”in formasını geyinəcək. 26 yaşlı futbolçu ilə müqavilənin müddəti 2024-cü ilin yayına qədər artırılıb.
Qeyd edək ki, Cabir Əmirli 2021-ci ildən komandamızda çıxış edir.