• Media
    • Xəbərlər
    • Fotoreportaj
  • Klub
    • Müşahidə Şurası
    • Rəhbərlik
    • Sponsorlar
    • Tariximiz
    • ASCO Arena
    • Hesabatlar
  • Əsas komanda
    • Məşqçi / İnzibati heyət
    • Oyunçular
    • Cədvəl
    • Təqvim
  • B Komanda
    • Məşqçi / İnzibati heyət
    • Oyunçular
  • Akademiya
    • Məşqçi / İnzibati heyət
    • Oyunçular
  • Media
    • Xəbərlər
    • Fotoreportaj
  • Klub
    • Müşahidə Şurası
    • Rəhbərlik
    • Sponsorlar
    • Tariximiz
    • ASCO Arena
    • Hesabatlar
  • Əsas Komanda
    • Məşqçi / İnzibati heyət
    • Oyunçular
    • Cədvəl
    • Təqvim
  • B Komanda
    • Məşqçi / İnzibati heyət
    • Oyunçular
  • Akademiya
    • Məşqçi / İnzibati heyət
    • Oyunçular

    Komandamız “Araz-Naxçıvan”a qalib gəlib

     

    21 aprel 2024. Saat 19:00. “Liv Bona Dea Arena”, 200 tamaşaçı
    Baş hakim: Tural Qurbanov
    Baş hakimin köməkçiləri: Müslüm Əliyev, Kamran Bayramov
    Dördüncü hakim: Nicat İsmayıllı
    VAR: Rəvan Həmzəzadə
    AVAR: Kamal Umudlu
    Hakim-inspektor: Anar Salmanov
    AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
    Sarı vərəqələr: Numan Kurdiç, 34 (qeyri-idman hərəkəti); İqor Ribeyro, 39 (qeyri-idman hərəkəti) // Adil Nağıyev, 35 (qeyri-idman hərəkəti)
    Rəsmi şəxsə göstərilən sarı vərəqə: Fuad Əsədov (“Səbail”), 36 (hakimin qərarına etiraz)
    Qollar: Aleksandr Ramalinqom, 32 (p.); Yusif Nəbiyev, 75
    Artırılan vaxt: I hissədə 1 dəq; II hissədə 4 dəq.

     

    “Araz-Naxçıvan”: 12. Kristian Avram, 6. Vadim Abdullayev, 10. Orxan Əliyev (k), 55. Zamiq Əliyev, 2. Abdulla Rzayev
    (22. Elçin Mustafayev, 87), 9. Elvis Maşike
    (8. İsmail Azzaui, 46), (7. Nicat Süleymanov, 69), 23. Nuno Rodriqes, 42. Kadiri Mohammed, 14. Miço Kuzmanoviç, 4. İqor Ribeyro, 27. Numan Kurdiç (29. Vanderson Melo, 46)

    Ehtiyat oyunçular: 91. Semir Bukviç, 1. Vüsal Şabanov, 17. İldar Alekperov, 88. Tuqay Əlizadə, 11. Ramin Nəsirli, 13. Mirəli Əhmədov.

    Baş məşqçi: Elmar Baxşıyev

     

    “Səbail”: 1. Səlahət Ağayev, 5. Adil Nağıyev (k), 74. Yusif Nəbiyev (10. Ağabala Ramazanov, 90+4), 17. Rafael Məhərrəmli, 11. Rüfət Abdullazadə (44. Yadin Luqasi, 72), 88. Valdemar Almeyda, 9. Aleksandr Ramalinqom (55. Nir Bardea, 90+4), 27. Pedro Nuno, 3. Silvayin Deslandes, 21. Anas Najah
    7. Madi Queta (14. Suleyman Alluş, 72)

    Ehtiyat oyunçular: 12. Hüseynəli Quliyev, 6. Cabir Əmirli, 15. Vüqar Həsənov, 8. Bahadur Həziyev

    Baş məşqçi: Şahin Diniyev

     

    Misli Premyer Liqasında 31-ci turun oyunları keçirilib. “Səbail” PFK səfərdə “Araz-Naxçıvan”la qarşılaşıb. Ümumilikdə oyuna olduqca səhvsiz başlayan komandamız dəqiqələr ötdükcə qarşılaşmada nəzarəti ələ keçirib. Oyunda ilk təhlükəli vəziyyətdən sonra komandamız hesabı açıb. Belə ki, görüşün 32-ci dəqiqəsində yarımmüdafiəçimiz Pedro Nunoya cərimə meydançası daxilində edilən qayda pozuntusuna görə hakim onbirmetirlik cərimə zərbəsi təyin edib. Hücumçumuz Aleksandr Ramalinqom zərbəni dəqiq yerinə yetirərək hesabı açıb. Qeyd edək ki, bu Aleksin cari mövsümdə vurduğu 12-ci qol olub. Bununla hücumçumuz bombardirlik siyahısında 2-ci kimi mövqeyini bir qədər də möhkəmləndirib. İkinci hissədə Şahin Diniyevin rəhbərlik etdiyi komandanın hücumları şəraitində keçib. Oyunun 75-ci dəqiqəsində Pedro Nunonun cərimə zərbəsindən ötürdüyü topu Yusif Nəbiyev başla qapıdan keçirib. Qalan dəqiqələrdə başqa qol olmayıb və görüş “dənizçilər”in qələbəsi ilə başa çatıb. Qeyd edək ki, oyunun sonlarında kapitanımız Ağabala Ramazanov 6 aylıq fasilədən sonar yenidən meydana çıxıb.

     

    Şahin Diniyev (“Səbail” PFK-nın baş məşqçisi): "Araz-Naxçıvan"a gələcək oyunlarda uğurlar arzulayıram. Elmar Baxşıyev çox yaxşı komanda formalaşdırıb. Oyuna gəldikdə, ilk növbədə futbolçularıma sona qədər mübarizə apardıqlarına görə təşəkkür edirəm. Oyun intizamı pozmadılar, səhvsiz oynadılar. Çox çətin qarşılaşma oldu. Futbol baxımından yox, psixoloji baxımdan. Futbolçuların üzərində böyük təzyiq var idi. Neçə tur idi ki, qələbə qazana bilmirdik. Avrokuboklar mübarizəsindən düşmə zonasındaydıq. Oyunçular tapşırıqları maksimum yerinə yetirdilər. Gərginlik var idi. Yolumuza davam edirik. Çətin oyunlar bizi gözləyir. Çalışacağıq ki, yaxşı nəticələr qazanaq. Uğurlu nəticələr qazanmaq istəyirik. Yeddi ayın komandasıyıq. Ötən mövsümlə müqaisədə indi daha iddialıyıq, bu məni çox sevindirir".

     

    21 Aprel 2024

“Səbail” PFK-nın U-13 qızlar komandası çempion olub

10 İyun 2025

“Səbail” PFK şəhid övladları üçün tədbir təşkil edib

01 İyun 2025

Mert Çelik A milli komandaya çağırılıb

25 May 2025

  • +994 12 58101 93

  • [email protected]

  • ASCO Arena / Y. Bədəlov küçəsi, 36

  • +994 12 58101 93
  • [email protected]
  • ASCO Arena / Y. Bədəlov küçəsi, 36