• Media
    • Xəbərlər
    • Fotoreportaj
  • Klub
    • Müşahidə Şurası
    • Rəhbərlik
    • Sponsorlar
    • Tariximiz
    • ASCO Arena
    • Hesabatlar
  • Əsas komanda
    • Məşqçi / İnzibati heyət
    • Oyunçular
    • Cədvəl
    • Təqvim
  • Media
    • Xəbərlər
    • Fotoreportaj
  • Klub
    • Müşahidə Şurası
    • Rəhbərlik
    • Sponsorlar
    • Tariximiz
    • ASCO Arena
    • Hesabatlar
  • Əsas Komanda
    • Məşqçi / İnzibati heyət
    • Oyunçular
    • Cədvəl
    • Təqvim

    Hər oyunda 1 ithaf - Alı Mustafayev

     

    “Səbail” PFK Misli Premyer Liqasının 2023/2024-cü illər mövsümü üçün hazırladığı layihə Azərbaycanın Milli Qəhrəmanı Alı Mustafayevin anadan olmasının 72-ci ildönümünə həsr olunur. Alı Mustafa oğlu Mustafayev 14 aprel 1952-ci ildə Qazax rayonunun Qazaxbəyli kəndində dünyaya gəlib. 1981-ci ildə Azərbaycan Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirib. O, Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində ədəbi-bədii yaradıcılığa tələbəlik illərindən başlayıb. Onun lirik şeirləri və publisist yazıları dövri mətbuatda müntəzəm çap edilib. Dolğun məzmunlu reportaj, oçerk və müsahibələrinə, ekrana çıxardığı təsirli verilişlərinə görə bacarıqlı, operativ telejurnalist kimi tanınıb. Alı Mustafayev Dağlıq Qarabağdan - qaynar nöqtələrdən, eləcə də yüksək dövlət səviyyəli rəsmi görüşlərdən hazırladığı müsahibə və reportajlarla rəğbət qazanıb. 1991-ci il noyabrın 20-də Xocavənd rayonunun Qarakənd kəndinin yaxınlığında, Ağdam rayonunun Mərzili kəndi ərazisində erməni hərbiləşdirilmiş dəstələri tərəfindən vurulan Azərbaycana məxsus hərbi helikopter hadisəsində həlak olub. O, 1991-ci ildə fəaliyyətinə görə “İlin ən yaxşı jurnalisti” mükafatına layiq görülüb. Ölümündən sonra Alı Mustafayevə Azərbaycan Respublikasının Prezidentinin 6 noyabr 1992-ci il tarixli 294 saylı fərmanı ilə Azərbaycanın Milli Qəhrəmanı fəxri adı verilib.

    13 Aprel 2024

“Səbail” PFK “Difai”ni 3 cavabsız qolla məğlub edib

11 Dekabr 2025

Adil Şükürov “Səbail”in baş məşqçisi təyin edilib

29 Noyabr 2025

İdarə Heyətinin iclası keçirilib

27 Noyabr 2025

  • +994 12 58101 93

  • [email protected]

  • ASCO Arena / Y. Bədəlov küçəsi, 36

  • +994 12 58101 93
  • [email protected]
  • ASCO Arena / Y. Bədəlov küçəsi, 36