Vəzifə | Doğum Tarixi | Doğum Yeri |
---|---|---|
Məşqçinin köməkçisi | 10.08.1973 | Azərbaycan |
Ağayev Emin Rafael oğlu — azərbaycanlı futbol mütəxəssisi, Azərbaycan milli komandasının sabiq müdafiəçisi, “Səbail” PFK-da məşqçinin köməkçisi
Futbolçu karyerasına 1990-ci ildə başlayıb. 2 il sonra Azərbaycanın ilk milli çempionatında “Neftçi”nin heyətində qızıl medal qazanıb. 180 sm boyunda olan Emin Ağayevin mövqeyi müdafiəçi olub. 20 illik futbolçu karyerasına 38 yaşında yekun vurub. Beləliklə, Ukraynanın paytaxtı Kiyevdə məşqçilik kursunu bitirərək, A kateqoriyasına sahib olub. 2018-ci ildən “Səbail” PFK-da baş məşqçinin köməkçisi vəzifəsində çalışır.
Uğurları:
Rusiya birinci divizionunun qalibi – 2000-ci il
Azərbaycanda ilin futbolçusu – 2000-ci il