Partnyorlar

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti iqtisadiyyatda köklü struktur islahatlarının davam etdirilməsi, dəniz gəmiçiliyi sahəsində yerli və beynəlxalq daşımaların artırılması, ölkənin rəqabət qabiliyyətinin və tranzit potensialının gücləndirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında 22 oktyabr 2013-cü il tarixli 6 nömrəli və “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyətinin təşkili haqqında 10 yanvar 2014-cü il tarixli 213 nömrəli Sərəncamlarına əsasən, respublikada mövcud olan iki böyük donanmanın – Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Xəzər Dəniz Neft Donanmasının birləşdirilərək yenidən təşkil olunması yolu ilə yaradılıb.

“PAŞA Sığorta” ASC

PAŞA Sığorta şirkəti 2006-cı ildən fəaliyyət göstərir. "PAŞA Holding" qrupunun üzvü olan PAŞA Sığorta 300.000-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidməti təklif edir. “S&P Global Ratings” beynəlxalq reytinq agentliyi "PAŞA Sığorta" ASC-nin emitentin uzunmüddətli kredit reytinqini və maliyyə dayanıqlılığı reytinqini "BB", reytinq üzrə proqnozu isə “Stabil” səviyyəsində təsdiqləyib. Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətlərindəndir.  “Səbail PFK" İB 2022/2023-cü illər mövsümü üçün PAŞA Sığorta şirkəti ilə tərəfdaşlıq müqaviləsi imzalayıb. “Səbail” PFK və “PAŞA Sığorta” ASC arasındakı əməkdaşlığın ilkin olaraq cari mövsümün sonuna qədər olan müddəti əhatə etməsi nəzərdə tutulub.

Vita 1000

1140 m2 ərazidə yerləşən “Mineral Sular” MMC-in tikintisinə 2012-ci ildə başlanılıb. Tikintisi 2014-cü ilin yay aylarında başa catdıqdan sonra zavodda Türkiyədən və İtalyadan gətirilən avadanlıqların quraşdırılması işlərinə başlanılıb. 2015-ci ilin Yanvar ayından müəssisəmiz tam olaraq fəaliyyətə başlayıb.Zavodumuzda tam yeni, müasir texnoloji tələblərə və standartlara cavab verən avadanlıqlar istismara verilib. “Vita 1000” nişanı altında 0,33; 0,5; 1; 1,5; 5; 10 və 19 lt qablarda təbii mineral süfrə, qablaşdırılmış içməli və qazlı sular istehsal olunur. Zavodumuzda tam standartlara uyğun müasir kimyəvi və bakterioloji laboratoriyalar fəaliyyət göstərir. Məhsullarımız ekoloji cəhətdən tam təmizdir. Xüsusi filtirlərdən keçən su öz təbii bulaq suyu dadını itirmir. "Mineral Sular" şirkəti 2017/18 mövsümündən etibarən, "Səbail" PFK-nın texniki sponsorudur!

“PAŞA Sığorta” ASC

PAŞA Sığorta şirkəti 2006-cı ildən fəaliyyət göstərir. “PAŞA Holding” qrupunun üzvü olan PAŞA Sığorta 300.000-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidməti təklif edir. “S&P Global Ratings” beynəlxalq reytinq agentliyi “PAŞA Sığorta” ASC-nin emitentin uzunmüddətli kredit reytinqini və maliyyə dayanıqlılığı reytinqini “BB”, reytinq üzrə proqnozu isə “Stabil” səviyyəsində təsdiqləyib. Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətlərindəndir. “Səbail PFK” İB 2022/2023-cü illər mövsümü üçün PAŞA Sığorta şirkəti ilə tərəfdaşlıq müqaviləsi imzalayıb. “Səbail” PFK və “PAŞA Sığorta” ASC arasındakı əməkdaşlığın ilkin olaraq cari mövsümün sonuna qədər olan müddəti əhatə etməsi nəzərdə tutulub.

SabailFC © 2022. All Rights Reserved.