“Daha yaxşısına ümid edirdik”

Misli Premyer Liqasının 14-cü turu çərçivəsində komandamız “Zirə” ilə üz-üzə gəlib. Zirə İdman Kompleksinin stadionunda baş tutan matçda qalib tərəf meydan sahibləri olub. Görüş komandamızın 0:1 hesablı məğlubiyyəti ilə yekunlaşıb. Oyundan sonra baş tutan mətbuat konfransında komandamızın baş məşqçisi Mahmud Qurbanov qarşılaşma haqqında fikirlərini bildirib:

“Oyuna yaxşı başlamadıq. Elə görünürdü ki, sanki müdafiə olunmaq istəyirdik. Komanda qol buraxdıqdan sonra nəsə etməyə çalışdı. Niyə belə oynadığımızın səbəbini araşdıracağıq. Daha yaxşısına ümid edirdik. Alınmadı. Qarşıda oyunlar var. Çalışacağıq ki, belə problemlər olmasın. Hücumda aktiv ola bilmirik. Ağabala Ramazanovla Ruslan Hacıyevin yoxluğu özünü göstərir. Onlar zədələnəndən sonra hücumda kəsərli deyilik. Bu futbolçular sağalandan sonra nəticələrin yaxşılaşacağını düşünürəm”.

Leave a comment

SabailFC © 2022. All Rights Reserved.