Mahmud Qurbanovun qələbə şərhi!

Azərbaycan Kubokun 1/8 final mərhələsində “Səbail” MOİK-i səfərdə 4:0 hesabı ilə qalib gəlib. Qarşılaşmadan sonra komandamızın baş məşqçisi Mahmud Qurbanov qələbəni bu sözlərlə şərh edib.

“Premyer Liqa ilə birinci divizion klublarının oyunların həmişə gərgin keçir. Çünki bu kubok oyunudur. Mərhələ də bir  qarşılaşmadan ibarətdir. Bu gün qələbə qazandıq. Amma o demək deyil ki, asanlıqla başa gəldi. MOİK yaxşı komanda təsiri bağışladı. Nəticədən razı qaldıq. Narazı qaldığımız məqam Emil Martinovun oyunun əvvəlində zədələnməsidir. Bu, bizi narahat edir. Ancaq ümumilikdə götürsək komandanın oyunundan da, nəticədən də nəticədən razı qaldıq”.

Leave a comment

SabailFC © 2022. All Rights Reserved.