“İtkilərimiz olsa da, biz qələbə qazanmaq istəyirdik”

Misli Premyer Liqasının on üçüncü turu çərçivəsində komandamız “Sabah”la üz-üzə gəlib. “ASCO Arena”da baş tutan matçda qalib tərəf qonaqlar olub. Görüş “dənizçilər”in 0:2 hesablı məğlubiyyəti ilə yekunlaşıb. Oyundan sonra baş tutan mətbuat konfransında komandamızın baş məşqçisi Mahmud Qurbanov qarşılaşma haqqında fikirlərini bildirib:

“Öncə, qarşıdan gələn Zəfər günümüzü təbrik edirəm. Allah şəhidlərimizə rəhmət etsin, qazilərimizə can-sağlığı versin. Ağır şəraitdə torpaqlarımızın keşiyində dayanan hərbçilərimizi Allah qorusun. Oyuna gəldikdə, pis başlamadıq. İtkilərimiz olsa da, biz qələbə qazanmaq istəyirdik. Yaxşı rəqibə qarşı oynadıq. “Sabah” üst pillələrdə qərarlaşıb. Oyunda favorit tərəf də rəqib idi. Buna baxmayaraq, qalib gəlmək istəyirdik. Əfsuslar olsun ki, istəyimizi həyata keçirə bilmədik. Hər halda, oyunçuların ustalıq səviyyəsi özünü göstərdi. Məğlub olanda deyiləsi sözlər çox olur. Amma mətbuat üçün yox, futbolçular üçün. Harada səhvlər etdiklərini futbolçularla danışacağıq. Qələbə qazanmaq istəyirdik, amma təəsssüf ki, uduzduq. Fərdi səhvlər və rəqib oyunçularının ustalığı matçın taleyini həll etdi”.

Leave a comment

SabailFC © 2022. All Rights Reserved.