“ASCO Arena”da Zəfər Günü qeyd edildi

Misli Premyer Liqasının 13-cü turu çərçivəsində keçirilən “Səbail” – “Sabah” oyunundan öncə “ASCO Arena”da Zəfər Gününə həsr edilən proqram baş tutub. Tədbirdə Aprel döyüşlərində və 44 günlük Vətən müharibəsində canlarını fəda edən şəhidlərimizin ailə üzvləri və qazilərimizə “Səbail” PFK və ASCO tərəfindən hədiyyələr təqdim edilib. Təqdimatdan sonra isə Azərbaycan Respublikasının Dövlət Himni canlı səsləndirilib.

 

Leave a comment

SabailFC © 2022. All Rights Reserved.