4 qolla Azərbaycan Kubokunun 1/4 finalına

“Səbail” Azərbaycan Kubokunda 2022/23-cü illər mövsümü çərçivəsində ilk oyununa çıxıb.

“Dənizçilər” 1/8 final mərhələsində MOİK-lə üz-üzə gəlib. Komandamız görüşdən 4:0 hesablı qalibiyyətlə ayrılıb. Qələbə qollarına Franko Mazurek, Ədilxan Qarəhmədov, Mirabdulla Abbasov Maksim Çex müəlliflik edib. Bu qələbə ilə komandamız Azərbaycan Kubokunun 1/4 final mərhələsinə adını yazdırıb. “Dənizçilər”in növbəti turdakı rəqibinin adına “Sabah” – “Qaradağ Lökbatan” oyunundan sonra aydınlıq gələcək.

Leave a comment

SabailFC © 2022. All Rights Reserved.