“Nəticə olanda təbii ki, komandada əhvali-ruhiyyə də yaxşı olur”

Misli Premyer Liqasının doqquzuncu turunda “Səbail” “Sumqayıt”la üz-üzə gəlib. “ASCO Arena”da baş tutan matçda qalib tərəf “dənizçilər” olub.Qarşılaşmadan sonra baş tutan mətbuat konfransında komandamızın baş məşqçisi Mahmud Qurbanov oyun haqda fikirlərini bildirib:

“Gərgin oyun keçdi. Bu qələbə bizim üçün vacib idi. Rəqibə də həmçinin. Matça pis başlamadıq. İlk hissədə bərabər səviyyəli oyun izlədik. Hesabı açan tərəf komandamız oldu. Yaxşı hücumlarımız var idi. Məcburi oyunçu dəyişikliyi etməli olduq. Ruslanı meydana buraxaraq hücumda oyunumuzda dəyişiklik etdik. İkinci hissədə top daha çox rəqibdə olmasına baxmayaraq, müdafiədə səhvə yol vermədik. Rəqibə qol imkanı tanımadıq. Komanda yaxşı oyun nümayiş etdirdi. İkinci hissədə hesab arasındakı fərqi artırmaq üçün qol imkanlarımız oldu. Təəssüf ki, rəqibin qapıçısı yaxşı oyun göstərdi. Bu qələbə bizə lazım idi. Oyunçular bunun üçün əllərindən gələni etdilər. Komandadan razı qaldıq. Nəticə olanda təbii ki, komandada əhvali-ruhiyyə də yaxşı olur”.

Leave a comment

SabailFC © 2022. All Rights Reserved.