“Bura qələbə qazanmaq üçün gəlmişdik”

Misli Premyer Liqasının on ikinci turunda “Səbail” “Kəpəz”lə üz-üzə gəlib. Gəncə şəhər stadionunda baş tutan matçda qalib 3:0 hesabı ilə meydan sahibləri olub. Qarşılaşmadan sonra baş tutan mətbuat konfransında komandamızın baş məşqçisi Mahmud Qurbanov oyun haqda fikirlərini bildirib:

“Bura qələbə qazanmaq üçün gəlmişdik. Oyuna heç də pis başlamadıq. Düşünürəm ki, matçın qırılma nöqtəsi birinci hissənin ortalarında yaşandı. Mərkəz müdafiəçimizin anlaşılmayan hərəkətindən sonra qapımızda qol gördük. Daha sonra həmin oyunçu qırmızı vərəqə ilə cəzalandırıldı. Bu isə komandanın əməlli-başlı oyundan düşməsi deməkdi. Layiqli qələbə qazandılar. “Kəpəz” möhtəşəm idi. Uduzmuşuq, futbolçulara deyiləsi söz də çoxdu. Amma bəhanə axtarmaq fikrimiz də yoxdu. Qarşıdakı oyunlara hazırlaşacağıq”.

Leave a comment

SabailFC © 2022. All Rights Reserved.