“Bəzi oyunçular bacardıqlarından da yaxşı oyun göstərdilər”.

Misli Premyer Liqasının onuncu turunda “Səbail” “Turan Tovuz” ilə üz-üzə gəlib. Tovuz şəhər stadionunda baş tutan matçda qalib müəyyənləşməyib. Matç 2:2 hesablı heç-heçə ilə yekunlaşıb. Qarşılaşmadan sonra baş tutan mətbuat konfransında komandamızın baş məşqçisi Mahmud Qurbanov oyun haqda fikirlərini bildirib:

“Çox maraqlı oyun oldu. Bura üç xal üçün gəlmişdik. Oyuna pis başlamadıq. Oyun ərzində komandamız yaxşı təsir bağışladı. İlk yarının ortalarında bəzi oyunçular matçdan qopdular. Buna baxmayraq geridə olsaq da, hesabı bərabərləşdirdik. İkinci hissədə qol epizodumuz çox idi. Rəqibin isə şansı da olmadı. “Turan Tovuz” ağır komandadı. Yaxşı komandaya qarşı oynadıq. Hər halda komandadan razı qaldıq. Bəzi oyunçular bacardıqlarından da yaxşı oyun göstərdilər”.

Leave a comment

SabailFC © 2022. All Rights Reserved.