“Azlıqda olsaq da, qorxaq futbol oynamadıq”

Misli Premyer Liqasının on birinci turunda “Səbail” “Şamaxı” ilə üz-üzə gəlib. “ASCO Arena”da baş tutan matçda qalib müəyyənləşməyib. Matç 0:0 hesablı heç-heçə ilə yekunlaşıb. Qarşılaşmadan sonra baş tutan mətbuat konfransında komandamızın baş məşqçisi Mahmud Qurbanov oyun haqda fikirlərini bildirib:

“Digər oyunlar kimi bu oyuna da yaxşı hazırlaşmışdıq. Turnir cədvəlində xallarımızı artırmaq üçün qələbə qazanmaq istəyirdik. Daha çox xala ehtiyacımız var. Qarşılaşmaya yaxşı başladıq. Hesabı da aça bilərdik. Ancaq aldığımız qırmızı vərəqə oyunumuzu daha da ağırlaşdırdı. Azlıqda olsaq da, fasilədən sonra qorxaq futbol oynamadıq. Hücuma keçdilər. Əks-hücumda oynadıq. Bir çox qol epizodları da yarada bildik. Rəqibin meydançasında oynaya bilirdik. Təəssüf ki, qalib gələ bilmədik. Dediyim kimi, xala ehtiyacımız var idi. Qarşıdakı oyunlara hazırlaşacağıq. Xal ehtiyatımızı artırmaq istəyirik.

  • Əlbəttə ki, autdan ofsayd verilməsi çox təəccüblü gəldi. Ola bilər ki, bu qaydada dəyişiklik olub, amma bizim xəbərimiz yoxdur. Bu səviyyədə autdan ofsayd verilməsi ilə ilk dəfədir qarşılaşıram. Belə bir zamanda autdan ofsayd qərarının verilməsi həm təəccüblü, həm də acınacaqlıdır. Bu haqda çox danışmaq olar. Amma biz hakimlərə yaxınlaşa bilmirik. Hər halda mübahisəli epizodlar olan zaman 4-cü hakimlə danışırıq. Bu dəfə soruşmadım. Düşünürəm ki, soruşmağa ehtiyac da yoxdur. Hər şey məlumdur”.

Leave a comment

SabailFC © 2022. All Rights Reserved.