“Oyunun sonunda qol buraxmaq üzücüdür”

Misli Premyer Liqasının səkkizinci turunda komandamız “Qəbələ” ilə üz-üzə gəlib. “ASCO Arena”da baş tutan matçda “dənizçilər” 1:2 hesabı ilə məğlub olub. Qarşılaşmadan sonra baş tutan mətbuat konfransında komandamızın baş məşqçisi Mahmud Qurbanov oyun haqda fikirlərini bildirib:

“Oyuna yaxşı başlamışdıq. Epizodlarda rəqibdən üstün idik. Qələbə qazanmaq istəyirdik. Buna ehtiyacımız var. Lakin ilk hissənin sonuna yaxın aldığımız qırmızı vərəqə bizi çətin vəziyyətə saldı. Komanda azlıqda olmasına baxmayaraq qol vurmağa çalışırdı. Oyundan düşmədik. Bir nəfər azlıqda olmağımız hiss edilmirdi. Hesabda geridə olmağımıza baxmayaraq mübarizə aparıb bərabərlik qolunu vura bildik. Bundan sonra qələbə qolu üçün də imkanlarımız oldu. Təəssüflər olsun ki, oyunçuların qərar verməsi düzgün olmadı. Hardasa çatışmayan nələrsə oldu. Oyunun sonunda qol buraxmaq üzücüdür. Bunu heç kim istəmizdi. Amma komandamız azlıqda olmasına baxmayaraq yaxşı mübarizə apardı. Qələbə qazanmaq, qol vurmaq istəyirdik. Ancaq rəqib təcrübəli idi və imkanlardan maksimum istifadə etdi. Komanda şəklində oyunçulardan razıyıq”.

 

Leave a comment

SabailFC © 2022. All Rights Reserved.