“Meydana qələbə qazanmaq üçün çıxmışdıq”

Misli Premyer Liqasının altıncı turunda komandamız “Zirə” ilə üz-üzə gəlib. “ASCO Arena”da baş tutan matçda “dənizçilər” 1:2 hesabı ilə məğlub olub. Qarşılaşmadan sonra baş tutan mətbuat konfransında komandamızın baş məşqçisi Mahmud Qurbanov oyun haqda fikirlərini bildirib:

“Düşünürəm ki, maraqlı oyun keçdi. Məğlub olsaq da, komandamızın göstərdiyi oyundan razı qaldıq. 1 futbolçu azlıqda qalsaq da, qol epizoidlarımız oldu. Hesabı bərabərləşdirmək üçün şanslarımız var idi. Amma bu futboldur. Uduzmaq istəmirdik. Meydana qələbə qazanmaq üçün çıxmışdıq. Qalib gəlmək istəyirdik. Qırmızı vərəqədən sonra da komanda ruhdan düşmədi. Daha da aqressiv oyun nümayiş etdirdilər. Nəticə etibari ilə hesabda geridə olsaq da, meydanda göstərdiyimiz oyunda razı qaldıq”.

Leave a comment

SabailFC © 2022. All Rights Reserved.