“Hazırda komandamızda stabillik çatışmır”

Misli Premyer Liqasının yeddinci turunda komandamız “Neftçi” ilə üz-üzə gəlib. “ASCO Arena”da baş tutan matçda “dənizçilər” 0:2 hesabı ilə məğlub olub. Qarşılaşmadan sonra baş tutan mətbuat konfransında komandamızın baş məşqçisi Mahmud Qurbanov oyun haqda fikirlərini bildirib:

“Oyuna pis başlamadıq. Komanda ilk hissədə rəqibdən geri qalmırdı. Yaxşı hücumlar qurduq. Lakin ikinci hissədə bunları görmədik. Bütün kompanentlərdə rəqib bizi üstələyirdi. Müdafiədə buraxdığımız səhvlər matçın taleyini həll etdi. Birinci hissədə sərgilədiyimiz oyunu ikinci hissədə göstərə bilmədik. Futbolda hansı tərəf topa daha çox hakim olursa  onun qazanmaq şansı da artıq olur. Bunu ikinci 45 dəqiqədə “Neftçi” sübut etdi. Təəssüflər olsun ki, ikinci hissəyə çox pis start verdik. Mübarizələrin əksəriyyətində məğlub olduq. Bu da bizi məğlubiyyətə gətirib-çıxardı. Hesab arasında fərq daha da böyük ola bilərdi. Hazırda komandamızda stabillik çatışmır. Müdafiənin üzərində çox işləməliyik”.

Leave a comment

SabailFC © 2022. All Rights Reserved.