“Dənizçilər”in “Sabah” oyunu öncəsi açıqlamaları

“Dənizçilər”in kapitanı Rahid Əmirquliyev və hücumçu Ağabala Ramazanov Misli Premyer Liqasının 5-ci turu  çərçivəsində keçiriləcək “Sabah”-“Səbail” oyunu ilə bağlı fikirlərini bildiriblər:

 

Rahid Əmirquliyev: “Kəpəz”lə oyunda qazandığımız qələbə bizim üçün yaxşı motivasiya oldu. Buna ehtiyacımız var idi. Komandada ab-hava daha yaxşıdır. İrəlidə bizi “Sabah”a qarşı vacib oyun gözləyir. Masazır təmsilçisi hazırda yaxşı formadadır. Premyer Liqada çıxdığı 4 görüşün 4-nü də qazanmağı bacarıb. Çempionluğa iddialı komandalardan biridir. Səfərdə oynayacağıq. Buna görə də düşünürəm ki, bizi çətin və maraqlı qarşılaşma gözləyir. Amma bizim də çox yaxşı komandamız var. “Sabah”la oyuna ciddi şəkildə hazırlaşırıq. Səfərdən layiqli nəticə ilə qayıdacağımıza inanıram”.

Ağabala Ramazanov: “Bu tur rəqibimiz “Sabah”dır. Hansi ki, onlar çempionatın favoritlərindən biri sayılır. Cari mövsümə uğurlu başlayıblar. Amma bu bizi qorxutmur. Son turda “Kəpəz”ə qarşı qazandığımız qələbədən sonra əhvali-ruhiyyəmiz yüksəkdir. Bir qələbəyə ehtiyacımız var idi və onu qazandıqdan sonra var gücümüzlə “Sabah”la oyuna hazırlaşırıq. Bizi ağır səfər matçı gözlədiyini bilirik. Ancaq biz əlimizi-qolumuzu sallayıb rəqibin üzərimizdə rahat oyun qurmasını izləməyəcəyik. Bizim də öz oyun planımız var. Məşqçilərin tapşırıqlarına uyğun olaraq bu duelə hazırlaşırıq. Səfərdən yaxşı nəticə ilə qayıdacağımızı düşünürəm”.

Leave a comment

SabailFC © 2022. All Rights Reserved.