“Çalışacağıq ki, xal ehtiyatımızı artıraq”

Misli Premyer Liqasının beşinci turunda komandamız səfərdə “Sabah” ilə üz-üzə gəlib. “Bank Respublika Arena”da baş tutan matç 0:0 hesablı bərabərliklə başa çatıb. Qarşılaşmadan sonra baş tutan mətbuat konfransında komandamızın baş məşqçisi Mahmud Qurbanov oyun haqda fikirlərini bildirib:

“Oyunun çətin olacağını bilirdik. Çünki çempionata yaxşı başlamış bir komandaya qarşı oynayırdıq. Rəqibin dörd oyuna dörd qələbəsi var idi. Biz meydana ən azından uduzmamaq üçün çıxmışdıq. Komandamız xüsusən müdafiədə yaxşı oynadı. Qapımızı toxunulmaz saxladığımız birinci oyun oldu. Əks-hücumlarımız da yaxşı alınırdı. İlk yarıda qol epizodumuz oldu. Ancaq rəqibin qapıçısı rərbənin qarşısını ala bildi. Hakimlərin hamısına böyük hörmətim var. 2-3 oyunda epizodlar oldu ki, rəqibin qapısına penalti olub-olmadığına baxmağa dəyərdi. Ümumilikdə isə futbolçular əllərindən gələni etdilər. Yaxşı oynadılar. Qarşıdakı oyunlara baxacağıq. Qarşıda bizi çətin oyunlar gözləyir. Çalışacağıq ki, xal ehtiyatımızı artıraq”.

Leave a comment

SabailFC © 2022. All Rights Reserved.