Üç “dənizçi” İslamiadanın bürcünc medallarına sahib oldu!

23 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Türkiyənin Konya şəhərində təşkil olunan V İslam Həmrəyliyi Oyunlarda bu gün son oyununa çıxıb. Komandamız bürünc medallar uğrunda qarşılaşmada Əlcəzair millisi ilə qarşılaşıb. Matçın əsas vaxtı 0:0 hesabı ilə yekunlaşıb. Penalti seriyasında daha dəqiq olan milli komandamız yekun nəticədə rəqibini 4:3 hesabı ilə məğlub edərək turnirin bürünc medallarını qazanıb.

Qeyd edək ki, yığmamızın tərkibində “Səbail” PFK-dan 3 futbolçu – Ədilxan Qarəhmədov, Vüsal Qənbərov və Samir Abdullayev yer alıb.

Leave a comment

SabailFC © 2022. All Rights Reserved.