“Qarşıdakı oyunlara baxacağıq”

Misli Premyer Liqasının ikinci turununda komandamız doğma meydanda “Turan Tovuz”u qəbul edib. Matç qonaqların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qarşılaşmadan sonra baş tutan mətbuat konfransında komandamızın baş məşqçisi Mahmud Qurbanov oyun haqda fikirlərini bildirib:

“İlk qələbəmizi qazanmaq istəyirdik. Oyuna heç də pis başlamamışdıq. İkinci hissədə rəqibin bir əks-hücumu qolla nəticələndi. Futboldur, hərə bir oyun sistemi seçir. Müdafiədə daha diqqətli idilər, daha çox idilər. Müdafiəni yarmaqda problemlərimiz göründü. Qarşıdakı oyunlara baxacağıq. Çalışacağıq ki, xallar qazanaq”.

Leave a comment

SabailFC © 2022. All Rights Reserved.