Mahmud Qurbanov:”Futbolçularıma bu əzmkarlığı göstərdiklərinə görə təşəkkür edirəm”

Misli Premyer Liqasının dördüncü turunda komandamız “Kəpəz”i qəbul edib. “ASCO Arena”da baş tutan matç “dənizçilər”in 4:1 hesablı qələbəsi ilə başa çatıb. Qarşılaşmadan sonra baş tutan mətbuat konfransında komandamızın baş məşqçisi Mahmud Qurbanov oyun haqda fikirlərini bildirib:

“Oyuna heç də pis başlamadıq. İlk dəqiqələrdə qol epizodlarımız var idi. Amma əks-hücumdan qol buraxdıq. Bu da komandanın oyununa təsir etdi. Fasilədən sonra əvəzetmələr etdik və fərqli “Səbail” gördük. Bundan sonra komandanın oyununda ciddi yüksəliş oldu. İlk qələbəmizi qazandıq. Komandamızdan razıyam. Futbolçularıma bu əzmkarlığı göstərdiklərinə görə təşəkkür edirəm. Qarşıdakı oyunlara baxacağıq”.

Leave a comment

SabailFC © 2022. All Rights Reserved.