9-18 avqust tarixlərində Türkiyənin Konya şəhərində 5-ci İslam Həmrəyliyi Oyunları keçiriləcək.
Turnirdə mübarizə aparacaq 23 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyətində “Səbail” PFK-dan 3 futbolçu – Ədilxan Qarəhmədov, Vüsal Qənbərov və Samir Abdullayev yer alacaq.
Qeyd edək ki, bu oyunçular 8-16 avqust tarixlərində turnirdə olmaları səbəbindən Premyer Liqanın ilk iki turunda da çıxış etməyəcəklər.