“Həm nəticə qazanmaq, həm də yaxşı oyun sərgiləmək istəyirik”

Misli Premyer Liqaslnın birinci turununda komandamız “Qarabağ”ın qonağı olub. Matç meydan  sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb. Oyundan sonra komandamızın baş məşqçisi Mahmud Qurbanov mətbuat konfransında qarşılaşma haqqında fikrilərini bildirib:

“Çempiona qarşı heç də pis təsir bağışlamadıq. Düzdür, daha yaxşısına ümid edirdik. Qarşımızda “Qarabağ” var idi, lakin pis oynamadıq. Aqressivlik hiss edildi, əks-hücumlar qurmaq istədik. Yaxşı qol epizdolarımız var idi, hesabı aça bilərdik. Lakin bacardığımız qədər oynadıq. Qarşıdakı oyunlara baxacağıq. Uduzsaq da, komandanın göstərdiyi oyuna və aqressivliyinə görə razı qaldıq. Həm nəticə qazanmaq, həm də yaxşı oyun sərgiləmək istəyirik. Bir çox futbolçumuz yenidi. Bu gün üçün də heç pis deyildik. Düzdür, uduzduq, amma qarşımızda keçən ilki çempion”Qarabağ” idi”.

Leave a comment

SabailFC © 2022. All Rights Reserved.