“Düşünürəm ki, daha yaxşı nəticə əldə edə bilərdik”

Misli Premyer Liqasının üçüncü turunda komandamız “Şamaxı”nın qonağı olub. Matç 1:1 hesablı bərabərliklə başa çatıb. Qarşılaşmadan sonra baş tutan mətbuat konfransında komandamızın baş məşqçisi Mahmud Qurbanov oyun haqda fikirlərini bildirib:

“Oyun ağır və çətin keçdi. İlk əvvəllərdə heç də yaxşı oynamırdıq. Amma qol vura bildik. Birinci hissədə komandada hərəkət az idi. Buna baxmayaraq, 1 xalı qazanmağı bacardıq. Komandada hərəkət az olduğuna görə fasilədən sonra üç əvəzetmə həyata keçirdik. Düşünürəm ki, daha yaxşı nəticə əldə edə bilərdik”.

Leave a comment

SabailFC © 2022. All Rights Reserved.