“Səbail”PFK-da yeni təyinat!

“Səbail” PFK-da yeni təyinat gerçəkləşib.

Belə ki, 2016/17 mövsümündə “Səbail”in heyətində Azərbaycan 1-ci Divizionunun gümüş mükafatçısı və komandamızın “ən yaxşı oyunçusu” adına layiq görülən, 2017/18 mövsümündə isə “Səbail-2” ilə 1-ci Divizion çempionluğu yaşayan Asif Mirili “Səbail-2”nin baş məşqçisi təyin edilib .

Qeyd edək ki, gənc mütəxəssis futbolçu karyerasında “İnter” (Bakı), “Simurq”, AZAL, “Xəzər Lənkəran” və “Səbail”də çıxış edib. Mirili 2018-ci ildən klubun akademiyasında məşqçi kimi fəaliyyət göstərir.

Leave a comment

SabailFC © 2022. All Rights Reserved.