“Səbail”in futbolçuları üçün ASCO-nun dəstəyi ilə yaradılan təlim-məşq bazasının açılışı olub

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) dəstəyi ilə “Səbail” PFK-nın futbolçularının ustalıq səviyyəsinin artırılması məqsədilə Xaçmaz rayonunda yaradılan təlim-məşq bazasının açılışı olub.

ASCO və “Səbail” rəhbərliyi yeni təlim-məşq bazası və burada yaradılan şəraitlə tanış olub, tapşırıq və tövsiyələrini verib, bütün komanda üzvlərinə uğurlar arzulayıblar.

Təlim-məşq bazasında ilk olaraq uşaqların təlim məşqinə start verilib.

Qeyd edək ki, müasir standartlara cavab verən təlim-məşq bazasında müxtəlif idman oyunların keçirilməsi üçün qum üzərində meydança ilə yanaşı, yeməkxana, oyunçuların gecələməsi üçün yenilənmiş koteclər də fəaliyyət göstərir.

Leave a comment

SabailFC © 2022. All Rights Reserved.