Mahmud Qurbanov “Səbail”də!

“Səbail” Peşəkar futbol Klubunun baş məşqçi vəzifəsinə yeni təyinat olub. Klubun Müşahidə Şurasının qərarı ilə komandanı Mahmud Qurbanov çalışdıracaq. 49 yaşlı mütəxəssislə 2023/2024-cü illər mövsümünün sonunadək (2 il) müqavilə bağlanıb.

Qeyd edək ki, Qurbanov 2018-ci ildən “Neftçi” PFK-nın əvəzedici heyətinin baş məşqçisi vəzifəsində çalışıb. 2020/2021-ci illər mövsümündə əvəzedici komandada I Divizionun qalibi olub.

Leave a comment

SabailFC © 2022. All Rights Reserved.