Camal Araqo: “Ən real şans bizdə oldu, lakin yararlana bilmədik”

Premyer Liqanın XX turunda keçirilən “Sabah” – “Səbail” oyunundan (1:0) sonra komandanın futbolçusu Camal Araqo fikirlərini bildirdikdən sonra jurnalistlərin suallarını cavablandırıb:

“Düşünürəm ki, bəxtimiz gətirmədi. Ən real şans bizdə oldu, lakin yararlana bilmədik. Ümumilikdə, yaxşı oynadıq. Komandanın oyunundan çox razıyam. Nəticəyə görə isə məyus oldum. Sona qədər mübarizə aparacağıq”.

Hədəflərin nədir, klubda qalmağı düşünürsən?
– Hər oyun mübarizə aparmağı düşünürük. Öz peşəkarlığımızı qorumalıyıq. Sona dəqər döyüşəcəyik. Hazırda bütün diqqətim klubdadır. Yeni mövsümlə bağlı bir şey deyə bilmərəm.

Leave a comment

SabailFC © 2022. All Rights Reserved.