Aftandil Hacıyev: “Düşündüyümüz şeyləri meydanda icra edə bilmədik”

“Səbail” PFK-nın baş məşqçisi Aftandil Hacıyev Premyer Liqanın XIX turu çərçivəsində baş tutan “Səbail”-“Keşlə” (2:0) oyun sonrası mətbuat konfransında fikirlərini açıqlayıb:

“Oyun haqqında çox geniş fikir bildirmək istəmirəm. Həqiqətən bu gün rəqibdən zəif çıxış etdik. “Keşlə” daha istəkli idi. Düşündüyümüz şeyləri meydanda icra edə bilmədik. İlk hissədə erkən qol buraxdıq və sonradan görüşün gedişatını dəyişməyi bacarmadıq. Meydandan xal ilə ayrılmaq istəyirdik. Alınmadı, lakin hələ qarşıda növbəti oyunlar var. Hazırda olduğumuz durumdan çıxmağa çalışacağıq. Bu oyun bir neçə futbolçu üçün siqnal idi. Növbəti mövsüm komandada qalmaq istəyirlərsə, digər oyunlarda özlərini yaxşı tərəfdən göstərməlidirlər. Çempionatın əvvəlindən durumumuz bəlli idi. Hər mövqedə rəqabət yaratmağa çətinlik çəkirik. Bu görüşü tez unudub növbəti oyuna hazırlaşmalıyıq. Rəqibi isə qələbə münasibəti ilə təbrik edirəm”.

 

Leave a comment

SabailFC © 2022. All Rights Reserved.