Aftandil Hacıyev: “Daha yaxşı mövqeyə yalnız əzmkarlıqla qalxa bilərik”

“Səbail” PFK-nın baş məşqçisi Aftandil Hacıyev Premyer Liqanın XVIII turu çərçivəsində baş tutan “Neftçi”-“Səbail” (2:0) oyun sonrası mətbuat konfransında fikirlərini açıqlayıb:

“Rəqiblə müqayisədə bir gün az dincəldik. Meydanda futbolçular tapşırıqları maksimum yerinə yetirməyə çalışdılar. Fərdi səhvlərdən iki qol buraxdıq. Bu il fərqli “Neftçi” izləyirik. Meydanda daha intizamlıdırlar. İlk yarıda hər iki kollektiv daha ehtiyatlı davrandı. Fasilədən sonra rəqib təzyiqi daha da artırdı. Bu da nəticəni müəyyənləşdirdi”.

Meydana xal qazanmaq üçün çıxmışdıq. Təəssüf ki, alınmadı. Mövqeyimiz bəllidir. Nə qədər mübarizə apara biləcəyiksə, bunu etməyə çalışacağıq. Futbolçuların sonadək mübarizə aparmaq istəyi məni qane etdi. Daha yaxşı mövqeyə yalnız əzmkarlıqla qalxa bilərik. Ustalıq baxımından rəqiblərdən geri qalırıq. Lakin, rəqib bu gün asanlıqla qələbə qazanmadı. Hər tur rəqiblərə belə müqavimət göstərməyə çalışacağıq. “Neftçi”ni təbrik edirəm”.

Leave a comment

SabailFC © 2022. All Rights Reserved.