Aftandil Hacıyev: “Ədilxanın 100 faizlik qol imkanı oyunun dönüş nöqtəsi oldu”

“Səbail” PFK-nın baş məşqçisi Aftandil Hacıyev Premyer Liqanın XX turu çərçivəsində baş tutan “Sabah”-“Səbail” (1:0) oyun sonrası mətbuat konfransında fikirlərini açıqlayıb:

“Bu gün həqiqətən maraqlı oyun alındı. Son oyunda bir qədər həvəsdən düşsək də, bu matçda pis çıxış etmədik, futbolçularıma təşəkkür edirəm. Verilən tapşırıqları bacardıqca düzgün şəkildə yerinə yetirməyə çalışdılar. Rəqibin gücü hamıya bəllidir. İstədiyimiz qələbəni əldə edə bilmirik. Zədəlilər, cəzalılar var. İlk hissədə ciddi qol epizodu olmasa da, ikinci yarıda daha çox hücuma çıxmağa çalışdıq. Ədilxan Qarəhmədovun 100 faizlik qol imkanı oyunun dönüş nöqtəsi oldu. Buraxılan qoldan sonra oyunu çevirməyə çalışsaq da, alınmadı. Qarşıda fasilə var. Bundan yararlanmağa çalışacağıq. Rəqibi təbrik edirəm!”.

Leave a comment

SabailFC © 2022. All Rights Reserved.