Xocalı soyqırımından 30 il ötür

Bu gün Azərbaycan tarixinə qanla yazılmış Xocalı faciəsindən 30 il ötür.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərində genosid aktı həyata keçirilib. Erməni hərbi birləşmələrinin Xocalıda xalqımıza qarşı törətdiyi növbəti kütləvi qırğında 613 insan vəhşicəsinə öldürülüb. 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil olub. 106 nəfər qadın, 63 azyaşlı uşaq, 70 qoca öldürülüb. 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 nəfər isə valideyinlərindən birini itirib. Faciə baş verən gecə 1275 nəfər dinc sakin girov götürülüb, onların 150-nin taleyi indiyə kimi məlum deyil. Xocalıda törədilən bu vəhşiliyi heç vaxt unutmayacaq və orada şəhid olmuş soydaşlarımızı daim yad edəcəyik.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Leave a comment

SabailFC © 2022. All Rights Reserved.