Şəhriyar Rəhimov futbolçu karyerasını bitirib

“Səbail” Peşəkar Futbol Klubunun müdafiəçisi Şəhriyar Rəhimov futbolçu karyerasını bitirmək qərarına gəlib. Onun davamlı aldığı zədələr nəticəsində yaranan xroniki ağrıları bu qərarı verməsinə səbəb olub. Futbolçuya klubun kollektivi adından təşəkkür edirik! Üç mövsüm “Dənizçilər”in uğurları üçün çalışan müdafiəçinin adı “Səbail”in tarixində özünəməxsus yer edəcək.

Qeyd edək ki, Rəhimov 2018/2019, 2019/2020, 2021/2022-ci illər mövsümündə komandanın heyətində çıxış edib. Ümumilikdə 50 oyun keçirən futbolçu 2 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Leave a comment

SabailFC © 2022. All Rights Reserved.