Rahid, Rauf, Ədilxan və Nikolas Azərbaycan Kubokunda keçiriləcək növbəti oyun barədə fikirlərini bildirib

“Səbail” Peşəkar Futbol Klubunu Azərbaycan Kubokunun 1/4 final mərhələsində bundan öncə iki dəfə “Zirə” komandası ilə qarşılaşıb və hər ikisində məğlub olub. Üçüncü görüşdə nəticə necə olacaq maraqlıdır. 2 fevral tarixində baş tutacaq üçüncü qarşılaşma barədə futbolçularımız Rahid, Rauf, Ədilxan və Nikolas fikirlərini bildirib.

Rahid Əmirquliyev

“Zirə” komandası ilə Azərbaycan Kubokunda iki dəfə qarşılaşmışıq və məğlub olmuşuq. Lakin xatırlayıram ki, ikinci qarşılaşmamızdakı məğlubiyyətdə hakim səhvi var idi. Bunlar artıq keçmişdə qalıb. “Zirə” qış fasiləsində daha da güclənib. Düşünürəm ki, qış fasiləsindəki hazırlıqda topladığımız güc sayəsində əzmkar mübarizə apararaq, növbəti mərhələyə keçən komanda biz olacağıq”.

Rauf Əliyev

“Oyuna ciddi hazırlaşmışıq. İstəyirik ki, Azərbaycan Kubokunda daha da irəli mərhələlərə keçək. Buna “Zirə” komandası ilə qarşılaşacağımız üçüncü oyunda nail olmaq və azarkeşlərimizi də sevindirmək istəyirik”.

Ədilxan Qarəhmədov

Komandada əhval-ruhiyyə yaxşıdır. Hamı ciddi şəkildə bu oyuna hazırlaşır. Rəqibimizi tanıyırıq, necə oynadıqlarını bilirik. Hər şey özümüzdən asılıdır. Tək mən yox, bütün komanda olaraq, Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk və cavab oyunlarının nəticəsində yarım finala irəliləyəcəyimizə inanırıq. Qələbə üçün meydana çıxacağıq.

Nikolas Raysel

2022-ci ilin ilk oyununda “Zirə” komandası ilə qarşılaşacağıq. Bundan əvvəlki qarşılaşmalardakı məğlubiyyəti unutmuşuq. Qış fasiləsindən sonrakı ilk oyuna hazırlıq prosesində komandadakı yüksək enerjini, əzmkarlığı hiss edirəm. Qalib gəlmək mövsümün sonunadək mübarizə aparmaq üçün bizi əlavə motivasiya edəcək. Özümə və komandama güvənirəm. Həm ilk oyuna, həm da cavab oyununa böyük əzmlə çıxacağıq.

Leave a comment

SabailFC © 2022. All Rights Reserved.