“Neftçi” PFK-nın futbolçusu təcrübəli qolkiper Rəşad Əzizli icarə əsasında 2021/2022-ci illər mövsümünün sonuna kimi “Səbail”in heyətində çıxış edəcək. 28 yaşlı futbolçu komandamızın heyətində 1 nömrəli formanı geyinəcək.
Qeyd edək ki, Rəşad Əzizli 2016/2017-ci illər mövsümündə “Dənizçilər”in heyətində çıxış edib.