Aftandil Hacıyev: “Turnirlə bacardığımız qədər layiqli şəkildə vidalaşmağa çalışdıq”

“Səbail” PFK-nın baş məşqçisi Aftandil Hacıyev Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab oyununda “Zirə” ilə matçdan sonra keçirilən mətbuat konfransında fikirlərini bildirib.

“İlk dəqiqələrdə qol vurduqdan sonra gedişatı dəyişə bilərdik. Planımız yaxşı alındı. Ən azından rəqibin əsəbləri ilə oynaya bildik. İlk qoldan sonra 2 və 3-cü qolları vura bilərdik. Bu epizodlardan yararlana bilmədik. İlk qoldan sonra “Zirə” təzyiq altında usta futbolçuları ilə oyunu ələ aldı. Bu gün bacardıqlarımızı ortaya qoya bildik. Hesab rəqibin xeyrinə dəyişdikdən sonra işimiz çətinləşdi. İtkilərimiz var idi. Amma futbolçuların məğlub olmamaq istəyi məni razı saldı. Turnirlə bacardığımız qədər layiqli şəkildə vidalaşmağa çalışdıq. Onsuz da iki cəbhədə mübarizə aparmaq bizim üçün çətin idi. Bundan sonra çempionata köklənəcəyik. “Zirə”nin isə təbrik edirəm. Düşünürəm ki, yarımfinalda oynamaq üçün hər cür potensialı var. Uğurlar arzulayıram”.

Leave a comment

SabailFC © 2022. All Rights Reserved.