Aftandil Hacıyev “Səbail”-“Zirə” oyununu şərh edib

“Səbail” PFK-nın baş məşqçisi Aftandil Hacıyev Premyer Liqanın XVII turu çərçivəsində baş tutan “Səbail”-“Zirə” (0:1) oyun sonrası mətbuat konfransında fikirlərini açıqlayıb:

“Maraqlı oyun alındı. Bu gün futbolçular meydanda sonadək mübarizə apardılar. Matçın əvvəlində hər iki komanda həm müdafiədə, həm də hücumda çox diqqətli oynamağsƏa üstünlük verirdi. Birinci hissədə gözləmədiyimiz anda qapımızda qol gördük. “Zirə”yə çempionatın ən intizamlı komandası desək, yanılmarıq. Müdafiə xəttini yarmaq olduqca çətin oldu. Oyunçuların hər iki hissədə qarşılaşmaya yanaşması, çəkinmədən topla oynaması bizi razı saldı.

Əvvəlki görüşlərlə müqayisədə oyunlarımızda inkişaf hiss olunur. Bunu nəticəyə çevirmək bizim üçün olduqca çətindir. Heyətləri rəqiblərimizlə müqayisə edəndə ustalıq səviyyəsi açıq-aşkar hiss olunur. Rəqiblərin usta oyunçuları daha çoxdur. Amma bu gün futbolçular bunu meydanda hiss etdirməməyə çalışdılar. Futbolçulardan razı qaldım. Qısa müddətdə bərpa olunub, növbəti oyuna hazırlaşmalıyıq. “Zirə”ni təbrik edir və uğurlar arzulayıram”.

Leave a comment

SabailFC © 2022. All Rights Reserved.